Tehran niyə susur? – "Azərbaycanın notasına cavab verməsə..."

12:33 / 13.08.2021
1514
"Azərbaycan
nota verməklə İranın normal qonşuluq
məcrasına dönməsini hədəfləyib".
Bunu
Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Ekspert İranın
notanı cavablandırmasının zəruriliyini qeyd edib:
"Azərbaycan
nota vermək qərarını
qəbul etdiyi
vaxt bu qərardan sonra yarana biləcək
vəziyyəti nəzərə alaraq
bu addımı atıb. Düşünürəm ki, Azərbaycan nota
vermək və İran tərəfinə bu qanunsuz əməlləri barədə sübutlar təqdim etməyi daha
məqsədəuyğun hesab edib və bununla Azərbaycan-İran arasındakı münasibətlərin pisləşməsini
deyil, normal qonşuluq məcrasına dönməsini hədəfləyib. Beləliklə mən bu notadan
sonra iki qonşu dövlət arasında münasibətlərin daha da kəskinləşməsini gözləmirəm. İran
hələ ona diplomatik dillə edilən narazılığı, notanı cavablandırmalı və ermənilərə
gedən yüklərin mənbəyi haqqında izahat verməlidir".
Politoloq
Azərbaycanın İrana ünvanladığı sualların cavabsız qalacağı halda atılacaq addımlar
barədə qarşı tərəfə xəbərdarlığın edildiyini bildirib:
Əzizə Zeynal
Sfera.az