Kişilər bunlara heyrandır - Xanımların nəzərinə

Kişilər bunlara heyrandır -  Xanımların nəzərinə

 

Kişilər gözəl qadınları sevir, ancaq saxta deyil, təbii olanları. Kişilərin qadın baxımından heç bir şey anlamadığını düşünsəniz də, əslində kişilər belə işlərdə daha diqqətlidir. Üstəlik, bəzi baxım qaydaları var ki, onlara heyrandırlar və sevdiyi xanımda da eynisini görmək istəyirlər. Kişilərin sevdiyi baxım nümunələrini təqdim edirik.

Əl baxımı: Qadınlar uzun və rəngarəng dırnaqları sevsə də, kişilərin qısa və daha yumşaq rəngli dırnaqlardan xoşları gəlir. Baxımlı əllərə heç vaxt "yox” deməyən kişilər, tünd və daha rəngli dırnaqlar yerinə, daha sadə və təbii görünüşlü əlləri sevir.

Saç rəngi: Təbiiliyin tərəfdarı olan kişilər, söhbət saç rəngindən gedirsə, onda da təbilliyə üstünlük verirlər. Saçlarda diqqət çəkən rənglərdən xoşlanmayan kişilər dəri rənginin əksinə istifadə edilən rəngləri də sevmirlər. Tünd dərili qadınlarda sarı saç görməyi heç xoşlamırlar.

Ətir: Qadınların imzası sayılan ətirlər kişilər üçün olduqca mühümdür. Qadınlarda ətir qoxusuna heyran olan kişilər eyni zamanda saçlardan gələn şampun və ya duş sonrası yayılan sabun, bədən gelinin qoxusuna da heyrandırlar.

Şıq geyimlər: "Kişilər modadan nə anlayır ki?”, - deyə düşünməyin. Unutmayın ki,  kişilər hər zaman yanındakı qadının şık görünməsini istəyir. Onlar az dekolteli, az detallı rahat geyimləri daha çox bəyənir. Kişilər üçün üzərində yeriməkdə çətinlik çəkdiyiniz nazik dabanlı ayaqqabıdansa, rahat ayaqqabı daha cəzbedici görünür. 


OXŞAR XƏBƏRLƏR

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...