Müğənni Cəmilə maşınını aşırdı - Yaralanan var
Hadisə
22:43 / 23.06.2016
2794
Salyanda yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral
yolunun rayonun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İrandan qayıdan müğənni Cəmilə idarə
etdiyi "Hundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən
idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində müğənni xəsarətsiz ötüşsə
də yanındakı sərnişin, Bakı şəhər Yasamal rayon sakini, 65 yaşlı Mahirə Əlisa
qızı Abışova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıb və həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o,
ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.