Qazaxın 7 kəndi Moskvada müzakirə olunur – Şoyqu Karapetyanı yola gətirə biləcəkmi?

Qazaxın 7 kəndi Moskvada müzakirə olunur – Şoyqu Karapetyanı yola gətirə biləcəkmi?
Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyaya səfər edib.

Bundan əlavə, Rusiya müdafiə naziri Şoyqunun Ermənistandan olan digər nümayəndə heyəti ilə də görüşü planlaşdırılır.

Maraqlıdır, sözügedən görüşlərin başlıca müzakirə mövzusu nədən ibarət ola bilər?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli danışıqlarda təhlükəsizlik və işğalda olan kəndlərin geri qaytarılması məsələlərinin müzakirə ediləcəyini düşünür:
 
"Ermənistan müdafiə naziri ilə Şoyqu arasında mütəməadi olaraq, həftədə bir neçə dəfə telefon danışıqları baş tutur. Arşak Karapetyan hələ təyinatının ilk günlərindən Şoyqu ilə əlaqəyə keçmişdi. Müdafiə nazirinin Şoyqu ilə bu dəfəki görüşündə Qazaxın 7 kəndinin qaytarılması, bu istiqamətdə nəqliyyat xəttlərinin açılması, təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq.
 
Eyni zamanda sərhədlərin demarkasiya və delimitasiya məsələsi də gündəmdədir ki, tərəflərin bununla bağlı da müzakirə aparacağı gözləniləndir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...