Ucarda dəhşətli qəza: 2 ölü, 2 yaralı
Hadisə
21:38 / 23.06.2016
2675
Ucarda yol qəzası baş verib.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində vətəndaşa məxsus VAZ markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarında ağaca çırpılıb.
Avtomobilin sürücüsü 1956-cı il təvəlüdlü Bəkirov Zakir Bəkir oğlunun sıxılmış meyiti yanğınsöndürənlər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Hadisə nəticəsində rayonun Bərşad kənd sakinləri, 59 yaşlı Soltanəli Ağəli oğlu İbrahimov, 58 yaşlı Zakir Bəşir oğlu Bəşirov hadisə yerində ölüb, 51 yaşlı Faxrədin Fəzail oğlu Abbasov və 55 yaşlı Şakir Bəşir oğlu Bəşirov isə xəsarət alıb.