Tahir Gözəl: "Daha güclü heyətin qurulması üçün tapşırıqlar vermişəm"

Tahir Gözəl:
"Aşdod"la oyunda qazandığımız qələbə və "Qarabağ"ın mərhələ adlaması münasibəti ilə baş məşqçimiz Qurban Qurbanovu, komandamızın bütün futbolçularını, xüsusən azarkeşləri təbrik edirəm. "Aşdod"la oyundakı uğur avrokuboklarda yenə iddialı olduğumuzu göstərdi".

Sfera.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində komanda indi azad Qarabağı, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı təmsil edir: "Bu, bizi daha məsuliyyətli edir. Odur ki, daha güclü heyətin qurulması üçün klubumuzun idarəçilərinə tapşırıqlar vermişəm. Əminəm ki, zamanla daha əzmkar, daha mübariz, daha böyük hədəflər üçün oynayan "Qarabağ” görəcəyik".

Tahir Gözəlin sözlərinə görə, "Qarabağ" klub olaraq böyüüb, təcrübə toplayıb: "Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar. "Aşdod"la oyunda bunun şahidi olduq. Qürurla deyə bilərik ki, klubumuz həm də yaxşı idarəçilər yetişdirir. UEFA Konfrans Liqası yeni turnirdir. Burada mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Ümid edirəm, bu uğurun davamını AEL-lə matçlarda da gətirəcəyik. Mənim komandama güvənim sonsuzdur. Yeni turnirdə mümkün olduğu qədər irəliləməyə, Azərbaycanı, Qarabağı böyük qürur hissi ilə təmsil etməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin AEL klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu avqustun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...