Türkiyədə yanğınlara görə xüsusi qrup yaradıldı

Dünya
12:24 / 30.07.2021
986
Türkiyədə meşə yanğınlarının araşdırılması üçün xüsusi qrup yaradılıb.
Sfera.az bildirir ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Baş Təhlükəsizlik Müdirliyi və Jandarma Baş Komandanlığının qrupları dünəndən etibarən işlərə başlayıb.
Xüsusi qrup meşə yanğınlarının səbəbini, terror və təxribat ehtimalının olub olmadığını araşdıracaq. Tədqiqatın nəticələri məhkəmə qurumları ilə paylaşılacaq.
Türkan
Sfera.az