Gənc qız sevgilisini yataqda BIÇAQLADI - ŞOK SƏBƏB

Gənc qız sevgilisini yataqda BIÇAQLADI - ŞOK SƏBƏB
Lənkəranda sevgilisini bıçaqlamaqda ittiham olunan 1995-ci il təvəllüdlü Sevil Əsədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, Sevil Əsədova həmkəndlisi Faiq Balayevin aralarında olan sevgi və intim münasibətlər barədə başqa şəxslərə məlumat yaymasından şübhələnib. Bu səbəbdən ona ağır xəsarət yetirmək qərarına gəlib.

Sevil Əsədova 6 sentyabr 2019-cu ildə, saat 22 radələrində Faiq Balayevin yaşadığı Lənkəran rayonu Ləj kəndində fərdi yaşayış evinin otağında görüşərkən aralarındakı münasibətlər barədə digər şəxslərə məlumat verdiyi üçün ona etirazını bildirib.

Sevil Əsədova əvvəlcə yanında olan bıçaqla Faiqə bir dəfə, Faiq yataqdan durub otağın qapısını açmaq istəyərkən arxadan daha iki zərbə endirib.

Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Sevil Əsədova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevil Əsədovaya 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Faiq Balayev apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Sevil Əsədovaya təyin olunmuş cəza ilə razı deyil. Qeyd edib ki, Sevil Əsədovanın məqsədi onu öldürmək olub.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş Faiq Balayevin şikayəti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Sevil Əsədova barəsində təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Cəzanın ümumi rejimdə çəkilməsi müəyyən edilib.

Sevil Əsədovanın barəsində həbs qətimkan tədbiri seçilib və cəzasının əvvəli 22 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınıb. //Teleqraf.com


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...