Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - Bakıda dəhşətli qətl

Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - Bakıda dəhşətli qətl
İyulun 24-də səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində dəhşətli qətl hadisəsi törədilib.
 
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış - işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub. Məlumata görə, o və uşaqları tez-tez əri tərəfindən döyülürmüş.

OXŞAR XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...