Kəlbəcərdəki təxribat nəyə işarədir? - Tezliklə bu mesaj veriləcək

Kəlbəcərdəki təxribat nəyə işarədir? - Tezliklə bu mesaj veriləcək
Ermənistan silahlı qüvvələri yenidən təxribata əl ataraq sərhəddə vəziyyəti gərginləşdirib. Belə ki, ötən gün düşmən tərəfi Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
 
Əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Ordusu qısa zaman ərzində düşmənin Basarkeçər rayonu ərazisindəki bütün atəş nöqtələrini susdurub, qarşı tərəfə lazımi cavab verilib.
 
Hazırda Kəlbəcər istiqamətində vəziyyətin sabit olduğu deyilir.
 
Dünənki təxribat nədər xəbər verir?
 
Maraqlıdır, Ermənistan ordusunun növbəti sərhəd təxribatı Azərbaycanda yeni Baş Qərargah rəisi təyinatı ilə eyni vaxtda baş tutdu. Bu məqam özlüyündə ortaya bir sıra suallar çıxarır: Ermənistanın məqsədi nədir, İrəvan belə təxribatlarla nəyə nail olmaq istəyir? 
 
Prosesləri analiz etdikdə məlum olur ki, düşmənin məhz dünən - ölkədə Silahlı Qüvvələrin Baş Qərargahına yeni rəis təyin olunduğu saatda mövqelərimizi snayperlərlə atəşə tutması heç də təsadüfə oxşamır. Səbəbləri bizə məlum olmasa da, görünür ki, 44 günlük Vətən Müharibəsində iştirak etmiş qalib generalın və digər zabitlərin Azərbaycan Ordusunda yüksək vəzifələrə təyin olunması Ermənistanı və bu ölkənin havadarlarını ciddi narahat etməyə başlayıb.
 
Əlbəttə, ermənilərin məkrli planları barədə digər versiyalar da istisna deyil.  
 
Hərbi ekspert Ədalət Verdiyev sərhəd təxribatı barədə Modern.az-a açıqlamasında bildirib ki, ermənilər bəzi qüvvələrin arxasında gizlənirlər:
 
"Son həftələr ərzində Ermənistan silahlıları Naxçıvan və Kəlbəcər istiqamətində intensiv olaraq atəşkəsin pozulması ilə məşğuldur.
 
Xatırladaq ki, 44 günlük müharibə zamanı Ermənistan ordusu darmadağın edildi. Belə bir ordunun atəşkəsdən 8 ay sonra kiminsə arxasında gizlənərək Azərbaycan ərazilərini atəşə tutması və hərbçilərimizin həyatına qəsd etməsi bizim üçün qəbulolunmazdır”.
 
Ekspertin sözlərinə görə, Azərbaycan xalqı yaxın günlərdə yenidən "düşmən məhv edildi” mesajını eşidəcək:
 
"Azərbaycan Ordusu hazırda düşmənin atəş nöqtələrini bir neçə dəqiqə içərisində tamamilə məhv etməyə qadirdir. Ermənistanın ordusu və rəhbərliyi bunu hamıdan yaxşı bilir. Odur ki, artıq ictimaiyyət "düşmən məhv edildi” mesajını gözləyir. Yaxın günlərdə biz Ermənistanın daha sarsıdıcı cavab alacağına şahidi olacağıq. Buna qətiyyən şübhə etmirəm”.

OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...