Qərb ölkələri Rusiyanı niyə sevmir? - Lavrov səbəbini açıqladı

Qərb ölkələri Rusiyanı niyə sevmir? - Lavrov səbəbini açıqladı
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Qərb ölkələrinin Rusiyanı sevməmə səbəbini açıqlayıb.

Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, Lavrov Qərb ölkələrinin Rusiyadan gözlədiklərini ala bilmədiyi üçün həmin ölkələrin onları sevmədiyini bildirib.

 "Bizi sevmirlər, çünki Sovet ittifaqının dağılmasından və hazırkı Rusiya Federasiyasının qurulmasının ilk illərindən sonra Qərb ölkələrinin Rusiyaya qarşı xəyalları puç oldu. Biz heç vaxt qapalı ölkə olmadıq, Rusiyanın qədim tarixi və bunu təsdiq edən mənbələri var" - deyə, nazir qeyd edib.

Lavrov Qərb ölkələrinin razılaşma şəklində yox, ancaq diqtə etmək şəklində siyasəti olduğu üçün  Rusiya ilə bağlı narazılığın gələcəkdə də davam edəcəyini diqqətə çatdırıb.
 
Əzizə Zeynal
Sfera.az



OXŞAR XƏBƏRLƏR