Düşmən postu məhv edildi, erməni tərəfdə ölən və yaralananlar var

Düşmən postu məhv edildi, erməni tərəfdə ölən və yaralananlar var
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutulub, nəticədə bir hərbi qulluqçumuz, gizir Telman Yaqublu şəhid olub.

Sfera.az xəbər verir ki, Caliber.az sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülki avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni "volontyorları” hərbçilərlə dialoqa giriblər. Az sonra yaxınlıqda yerləşən postumuza atəş açılıb və gizir Telman Yaqublu snayper gülləsinə tuş gəlib.

Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.

OXŞAR XƏBƏRLƏR

Qaxda zəlzələ oldu

Zaqatala stansiyasından 27 km cənub-şərqdə Qax rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan...

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...