Toya 50 nəfərdən artıq qonaq gəldi, ev sahibləri cərimələndi

Cəmiyyət
15:51 / 23.07.2021
635
Samuxda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayonun Alıncalı, Sərkar kəndlərində və Qara-Arx qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Samux RPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
İştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.