Şortik geyindiyinə görə Göyçay Rayon Polis Şöbəsinə buraxılmadı: "Bura plyaj deyil"

Şortik geyindiyinə görə Göyçay Rayon Polis Şöbəsinə buraxılmadı:
Göyçay Rayon Polis şöbəsinin əməkdaşları şortik geyindiyi üçün vətəndaşın binaya daxil olmasına imkan verməyiblər.

Sfera.az saytının baş redaktoru Ozal Məmmədov bildirir ki, polislər bu qaydanın "şəxsi təşəbbüs" olduğunu deyib:
 

"Şəxsi işlə əlaqədar olaraq Göyçay Rayon Polis Şöbəsinə müraciət etdim. Polis əməkdaşları nəinki binaya daxil olmağa imkan verdilər, hətta "bura plyaj deyil" deyərək, şöbənin qarşısında dayanmağa belə imkan vermədilər.

Sözügedən vəziyyətə etirazımı bildirib, qanunvericilikdə belə hal olmadığını desəm də, bunu polis şöbəsinin rəisinin şəxsi istəyindən irəli gəldiyini dedilər".
 
Xatırladaq ki, bir müddət əvvəl sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada bildirmişdi ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur.

Görünən odur ki, Göyçay Rayon Polis Şöbəsi ümumi qanunlar çərçivəsində deyil, şəxsi maraqlar çərçivəsində fəaliyyət göstərir. 
 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...