Paşinyan Putinə niyə zəng edib? - "Nəticəsi fiaskoya uğramaqdır..."

Paşinyan  Putinə niyə zəng edib? -
Xəbər verdiyimiz kimi Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bu zəng zamanı hansı məsələlərin müzakirə edilməsi isə maraq oyandırır. 
 
Bu barədə Sfera.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Paşinyanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə razılaşdırılan məqamlar və Moskvanın prosesə, həmçinin Bakının Naxçıvan istiqamətində erməni ordusuna vurduğu adekvat cavaba  münasibəti maraqlandırır:

"Yəni bu məsələləri araşdırmaq, nigarançılığı aradan qaldırmaq üçün Paşinyanın Putinlə danışmasına ehtiyac yaranıb. 

Ermənistandakı seçkilərdən dərhal sonra Paşinyan ilk işgüzar səfərini Moskvaya edib. Səfər çərçivəsində də 10 noyabr və 11 yanvar bəyanamələrindən irəli gələn öhdəliklər və onun icrası məsələsi ciddi müzakirə edilib. Mühribədən sonra sərhəd zonası və Qarabağda atışmaların baş verməsi də prosesə ciddi təhlükə yaradırdı. Ardınca Rusiya baş nazirinin müavini Bakıya gələrək ölkəmizin istəklərini öyrənmək üçün sözügedən məsələləri Azərbaycan Prezidentilə müzakirə etdi. Yalnız bundan sonra 20 iyulda Moskvada Rusiya və Azərbaycan prezidentlərinin görüşü baş tutdu”. 

Politoloq kənar qüvvələri zəif Ermənistanla deyil, güclü Azərbaycanla anlaşmağa səsləyib:

"Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşündən sonra Ermənistan rəhbərliyində müəyyən nigaranlıq və narahatlıq yaranıb. Maraqlıdır ki, bu hadisələr baş verən anda hələ də Naxçıvan ərazisi Ermənistan tərəfdən atəşə tutulurdu. Ancaq Azərbaycan Ordusunun sarsıdıcı zərbəsilə Ermənistan növbəti dəfə ağır zərbə aldı. Ordumuz bu istiqamətdə mövqeyini bir qədər də irəli çəkərək möhkəmləndi. Bu isə prosesi qarışdıranlara, Azərbaycandan güzəşt tələb edənlərə mesaj idi. Zəif Ermənistanla regionda kimlərsə böyük geosiyasi proses həyata keçirmək istəyirsə, nəticəsi fiaskoya uğramaqdır. Onlar bu istiqamətdə Azərbaycanla anlaşmalıdırlar. Bu məsələnin davamlı olması Paşinyanın xeyrinə deyil”. 

Ekspert qeyd edib ki, Rusiya tərəfinin son olaylara baxışını öyrənmək üçün Paşinyan Putinlə danışmağa ehtiyac duyub: 

"Moskvada İlham Əliyevlə Putinin görüşündən sonra Ermənistan rəhbərliyində müəyyən nigaranlıq və narahatlıq yaranıb. Paşinyan artıq divarın bitdiyini və ölkəsinin etdiyi təxribatlarının Ermənistan dövlətinin birdəfəlik xəritədən silinəcəyinə gətirib çıxaracağını anlayıb”. 

Rüfət SULTAN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...