NBA tarixində İLK: Basketbolçu milyarder oldu

Cəmiyyət
12:23 / 23.07.2021
573
Məşhur basketbolçu LeBron Ceyms Milli Basketbol Assosiasiya (NBA) tarixində kariyerası davam edərkən milyard dollardan çox qazanan ilk oyunçu olub.
Sfera.az bildirir ki, bu barədə məlumatı "Sportico” nəşri yayıb. Belə ki, basketbolçunun qazancı arasında komandalardan aldığı maaşla yanaşı, sponsorluq anlaşmalarından əldə etdiyi gəlirlər də yer alır.
Ceymsin sponsorluq anlaşması imzaladığı markalar arasında AT&T, Beats, Nike, Walmart, Blade Pizza, Rimowa ve GMC kimi məşhur şirkətlər var. Kariyerasının ilk razılaşmasını hələ 18 yaşında Nike ilə imzalayan LeBron 7 il müddətində 90 milyon dollar qazanıb. Ulduz oyunçu daha sonra 2016-cı ildə sözügedən şirkətlə illik 30 milyon dollar dəyərində ömürlük sənədə qol çəkib.
Məlumata görə, 36 yaşlı idmançının oyunçu karyerası ərzində əldə etdiyi qonorarların həcmi 300 milyon dollar təşkil edib. Basketbolçunun bunlarla yanaşı, digər biznesləri də mövcuddur.
Xatırladaq ki, Ceyms dördqat NBA çempionudur. O həmçinin, ABŞ milli komandasının tərkibində Olimpiya oyunlarında qazanılan iki qələbənin sahibidir.
Türkan