Bayram namazı zamanı prezident sarayı yaxınlığına raket atıldı - Kabildə dəhşət

Bayram namazı zamanı prezident sarayı yaxınlığına raket atıldı - Kabildə dəhşət
Əfqanıstanın paytaxtı Kabil şəhərində Qurban bayramının ilk günündə terror hücumu baş verib.

 

 

Sfera.az xəbər verir ki, bayram namazı üçün prezident sarayı qarşısında toplanan kütlənin olduğu ərazinin yaxınlığına raket atılıb.

 

 

Əfqanıstan Daxili İşlər naziri Mirvais Stanekzai bölgəyə üç raketin düşdüyünü bildirsə də, ölü və yaralılar haqda məlumat verməyib. Namaz əsnasında ölkə prezidenti Əşrəf Qəninin də hadisə yerində olduğu bildirilib.

 

 

Partlayışlardan sonra insanlar namazı dayandırmayıb. Namazdan sonra Əşrəf Qəni xalq qarşısında çıxış edib.

 

 

Hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

 

 

Qeyd edək ki, hökumətlə danışıqlar prosesini davam etdirən "Taliban” əvvəlki illərdən fərqli olaraq bu il atəşkəs elan etməyib.

 

 

 

Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...