Bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq? - Qaydalara dəyişiklik edilə bilər

Bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq? - Qaydalara dəyişiklik edilə bilər
Mütəmadi olaraq narkotikdən istifadə edib sükan arxasına əyləşən sürücülərlə bağlı xəbərlər veririk. Hətta reyd zamanı da xeyli sürücü etiraf edir ki, spirtli içki yox, narkotik maddə qəbul edib.

Sfera.az xəbər verir ki, qanunvericilikdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərlə, sərxoş halda idarə edənlərə tətbiq olunan cərimə eynidir. Ekspertlər bu məsələyə yenidən baxılmasını təklif edirlər.

Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərin bu əməli sanki adi bir hal alıb. Son vaxtlar tez-tez rast gəlinən belə hallar sözün əsl mənasında həyacan təbili çalır.

Təkcə ötən gün Bakı-Şamaxı yolunda yol polisi narkotik və psixotrop maddənin təsiri altında bir neçə belə sürücünü aşkar edib.

Qeyd edək ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimə, sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eynidir. İnzibati Xətalar Məcəlləsinə görə, belə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırılırlar.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, alkoqollu içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülərlə narkotik maddələrdən istifadə edən sürücülərə tətbiq edilən cəzalar fərqli olmalıdır.

Xatırladaq ki, spirtli içki ilə müqayisədə narkotik maddə qəbul edən şəxs onun aludəçisinə çevrilir. Yəni bu o deməkdir ki, onu hər gün qəbul edir. Bu isə yol hərəkət iştrakçıları üçün potensial təhlükədən xəbər verir.

Ekspert hesab edir ki,belə halların qarşısı almaq üçün inzibati xətalar məcəlləsinə mütləq qaydada dəyişiklik olunmalıdır. /Oxu24.com  

OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...