\"Formula 1\" Avropa Qran Prisinin kuboku ictimaiyyətə təqdim olundu - FOTOLAR

\

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda ilk dəfə keçirilən "2016 Formula 1" Avropa Qran Prisindən sonra yarışın rəsmi kubokunu ictimaiyyətə təqdim etdi.

 

İyunun 19-da dünyanın ən məşhur pilotlarının Odlar Yurduna - Azərbaycana gəlişi ilə "Formula 1" təqvimindəki ən yeni şəhər trekində möhtəşəm yarış baş tutdu.

 

Bakı öz zəngin irsinə sadiq qalaraq yüksək sürətlə inkişaf edən bir şəhərdir. "2016 Formula 1" Avropa Qran Prisinin kuboku özündə dünyanın ən prestijli və həyəcanlı idman yarışına ev sahibliyi edən Bakını köhnə ilə yeniliyin, müasirliklə qədimliyin vəhdəti fonunda əks etdirir.

 

Kubok Bakını YUNESKO-nun mədəni irsi siyahısına salınmış möhtəşəm İçərişəhərlə, həmçinin "Şərqin Parisi" kimi təsvir edilən bu şəhərə təkrarolunmaz rəng qatan yüksək dizayn keyfiyyətinə sahib geyim mağazaları, gözəl restoran və barlar, həmçinin mürəkkəb memarlıq nümunələri ilə əhatələnmiş mərkəzi küçələri ilə təsvir edir.

 

Bütün sadalanan amillər Bakıda keçirilən ilk "Formula 1" yarışı üçün saf gümüşdən hazırlanmış dörd kubokun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) dizaynında istifadə olunub.

 

Kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladır. Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilib. Burada su özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundament ön üzündə Formula 1-in loqosu əks olunur. Bununla yanaşı, fundamentin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub.


Kubok, forma və dizayn baxımından birlik və tərəqqi konsepsiyası çərçivəsində ərsəyə gətirilib və əsas simvolik milli elementlər olan od, hava və suyun bədii tərənnümü vasitəsilə ölkənin mədəni irsi və kimliyini əks etdirmək üçün xüsusi olaraq hazırlanıb. Bununla da kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.

 
 
Trend //
Sfera.az
 
 
 


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

İki ölkə liderinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan-Belarus münasibətləri sürətlə inkişaf edir. Bu baxımdan Belarus Respublikasının...

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

  Helikopter qəzasında həyatını itirən İran Prezidenti İbrahim Rəisinin və Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölümündən əvvəl çəkilmiş son f...

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan ...

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olması ilə əlaqə...

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

"Biz İrandakı qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq".   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin...

Aİ İrana başsağlığı verdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel İrana başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.  ...