Qaydaları pozan nişan təşkilatçısı cərimələndi - FOTO

Cəmiyyət
19:08 / 19.07.2021
1254
Ağstafa rayonunun Dağ Kəsəmən kəndində nişan mərasimində karantin qaydaları pozulub.
Bu barədə Sfera.az-a DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, nişan mərasimində karantin qaydalarına zidd olaraq artıq sayda qonaq iştirak edib və tibbi maska istifadə edilməyib.
Mərasimin təşkilatçısı barədə inzibati protokol tərtib edilib.
