Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat ayırdı

Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat ayırdı
Prezident İlham Əliyev "Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi məqsədilə  2021-ci il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan məbləğin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 

OXŞAR XƏBƏRLƏR