“Etibar Əliyev qanmaz və paxıl adamdır” – Misir Mərdanov onu işdən niyə qovubmuş?

“Etibar Əliyev qanmaz və paxıl adamdır” – Misir Mərdanov onu işdən niyə qovubmuş?
"Etibar Əliyevin bu açıqlaması Prezidentin yürütdüyü siyasətə qarşı çıxmaqdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyevin jurnalistlərə verilən evlərlə bağlı qalmaqallı fikirlərinə münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib.

Həmsöhbətimizin fikrincə, dövlət hər zaman mətbuat nümayəndələrinə qayğı göstərməlidir:

"Dövlət jurnalistlərin ona görə qayğısına qalmalıdır ki, 44 günlük müharibə dövründə mediamız yüksək səviyyədə işləyərək, Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. Bu gün də həmin siyasəti davam etdirirlər”.
 
C. Nuriyev bildirdi ki, ölkədə normal reklam bazarı olsaydı, E. Əliyev dediklərində haqlı olardı: "Jurnalistlərə bu evlərin verilməməsini o vaxt tələb etmək olardı ki, mətbuatın normal reklam bazarı olsun. İndilikdə isə bu yoxdur. Jurnalist ayda 300-500 manata işləyirsə və ailəsini dolandırmaq üçün bəziləri müəyyən əyri yola gedirsə, burada günahkar onun özü deyil, həmin şəraiti yaradan hökumətdir. Etibar Əliyevin necə seçildiyi də məlumdur”.

Nuriyev qeyd edib ki, deputatın jurnalistlər barədə belə açıqlaması səlahiyyətini başa düşməməsindən irəli gəlir: "Dövlət başçısı elan edibsə ki, jurnalistlər üçün yaşayış binası tikilsin, Etibar Əliyev kimi şahsevən deputat bunun əksini danışmaqla birbaşa Prezidentin yürütdüyü siyasət əleyhinə təbliğat aparır. Əslində, onda Prezidentin əleyhinə getmək cürəti yoxdur. Bu adam qorxaq olmaqla yanaşı, bunu sadəcə başa düşməməkdən, qanmazlıqdan, özünü publikaya göstərməkdən ötrü edir”.
 
Həmsöhbətimiz E. Əliyevin paxıl olduğunu dedi: "Jurnalistlərə verilən evlərlə bağlı söylədikləri də paxıllıqdan qaynaqlanır. O, danışmasa daha yaxşıdır. Etibar Əliyev bir müddət Təhsil Nazirliyində ekspert işləyib. O vaxtkı nazir Misir Mərdanov onu murdar xasiyyətinə görə qovdu”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...