“Etibar Əliyev nəsə cızma-qara edib...” - Mətbuat Şurasından deputatın ittihamlarına cavab

12:10 / 19.07.2021
1647
Artıq
bir neçə gündür, deputat Etibar Əliyevin jurnalistlər üçün inşa edilmiş üçüncü
binanın şəhid ailələri və qazilərə verilməsi ilə bağlı fikirləri müzakirə
olunmaqdadır.
Ötən gün
deputat məsələni başqa istiqamtə yönəldərək Mətbuat Şurasının sədri Əflatun
Amaşovu və onun müavini Müşfiq Ələsgərlini də ciddi şəkildə ittiham edib.
Mövcud
müzakirə və şəxsinə yönəlik tənqid və ittihamlarla bağlı Sfera.az-a danışan MŞ
sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli
təşəbbüsü irəli sürən şəxsin ortaya tutarlı arqument qoymadığını, və aidiyyatı
işlə məşğul olmadığını deyib:
"Sözügedən
bina Prezidentin təyinatı ilə ərsəyə gəlib və təyinatı da jurnalistlər üçündür.
Əgər bu gün dövlət binanın təyinatını dəyişdirmək istəsə, kimsə irad bildirməz.
Yəni, bu məsələ müzakirə obyekti deyil. Müzakirə olunacaq problem bu sahədə
dövlətin deyil, ayrı-ayrı fərdlərin təşəbbüslə çıxış etməsidir. Məsələ ondadır
ki, həmin fərdlər də öz təşəbbüslərini əsaslandıra bilmir. Bu baxımdan belə təşəbbüsün
ortaya çıxması ucuz populizmdən başqa bir şey deyil. Həmin şəxslər şəhid
mövzusundan istifadə etməklə xal və seçicilərindən rəğbət qazanmaq istəyirlər”.
M.Ələsgərli
Etibar Əliyevin ədəbsiz yanaşma sərgilədiyinə də diqqət çəkib. İttifaq sədri
deputatın hədəf olaraq onu və Əflatun Amaşovu seçməsinin səbəbsiz olmadığını
deyib:
"Neçə
gündür ki, bu fikirləri səsləndirən şəxsə bildirilir ki, ortaya arqument
qoysun. Lakin o yenə də sağa-sola vurnuxub məsələni başqa yerə aparır, gülünc
arqumentlər ortaya atır. Etibar Əliyevin son paylaşımını gördüm, nə isə cızma
qara edib. Etibar Əliyev bu ideyanı ortaya atdıqdan sonra ona hətta
"freelance" çalışan jurnalistlərdən də yüzlələrə irad gəlib, sual ünvanlayıblar.
Yəni, Əflatun Amaşovla mən, məsələyə ən son münasibət bildirən şəxslərdənik. Həmin
deputata qarşı ən ədəbli münasibət bidlirən də bizik. Oxucu da baxa bilər ki,
kim ədəblidir, kim ədəbsiz. Etibar Əliyev çaşqınlıq içərisindədir. Gördü ki,
jurnalistlərin verdiyi suala cavab tapa bilmir, başladı sağa-sola vurnuxmağa. Yəni,
onun bizə qarşı münasibəti irəli sürdüyü təşəbbüsdən tamamilə fərqlidir, əgər
biz də ona cavab versək, əsas məsələ qalacaq bir kənarda. Oxucular özü qiymət
verə bilər ki, onun danışığında məntiqdən əsər-əlamət yoxdur".
Sfera.az