Unibank biznes sahiblərinə Təminatsız Qarantiya verir

Unibank biznes sahiblərinə Təminatsız Qarantiya verir
Biznesdə ən vacib məqamlardan biri sənə hər zaman qarantiya verən uğurlu maliyyə tərəfdaşının seçilməsidir. Əgər hər zaman yanında olan bir maliyyə tərəfdaşın varsa, istədiyin biznes qərarını da rahatlıqla verə, istədiyin layihədə iştirak edə bilərsən. "Unibank”ın biznez müştərisi istənilən anda onun qərarlarını dəstəkləyən, qarantiya rolunda çıxış edən bir maliyyə tərəfdaşına malik olduğunu bilir. 
 
Unibank, maliyyə vəsaiti lazım olan istənilən addımda biznes sahibinin yanında olduğunu göstərən daha bir məhsulunu – "Təminatsız  Qarantiya”nı təqdim edib. Məhsul bankın həm cari müştəriləri, həm də Unibank müştərisi olmaq istəyən sahibkarlar üçündür. Təminatsız Qarantiya məhsulu alqı-satqı proseslərində, tenderlərdə iştirak zamanı Bankın maliyyə məsələlərində biznes sahibinə qarantiya durduğunu göstərən məktubun verilməsini nəzərdə tutur. Təminatsız Qarantiya biznes sahibinin aylıq dövriyyəsinə əsasən rəsmiləşdirilir və sahibkardan heç bir girov təminatı alınmadan verilir. Bank məhsul satan və yaxud tender keçirən tərəfə Qarantiya məktubu verməklə, biznes müştərisinin ödənişlərinə təminat verir. Nəticədə isə müştəri istədiyi layihədə iştirak edə, mal ala və ya digər öhdəliklərini çox rahatlıqla və vaxtında edə bilir.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (//www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank-Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...