\"Uçan snayper\": Türkiyə yenilənmiş dronu təqdim etdi

\
Türkiyənin ilk döyüş kvadrokopteri olan "SONGAR" təkmilləşdirilib. Müdafiə sənayesinin elmi-tədqiqat institutu TÜBİTAK (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) nümayəndələri bu dronların yerli "TOGAN" adlı ağıllı sursatla silahlandırıldığını bəyan ediblər. 81 mm-lik minaatan sursatı olan "TOGAN” "SONGAR"a inteqrasiya edildikdən sonra atış sınaqlarından uğurla keçib.

Azvision.az xəbər verir ki, bu barədə TÜBİTAK-ın mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, kvadrokopterin çəkisi 25 kq, əməliyyat məsafəsi 16 km, uçuş hündürlüyü isə 2,8 km-dir. Dron real vaxt rejimində keyfiyyətli video ötürə bilən, gecə və gündüz kamerası ilə təchiz edilib. Kiçik PUA-lar 5.56x45 mm çaplı 200 patron daşıya bilir və avtomatik atəş sistemi ilə təchiz edilib. Onu da vurğulayaq ki, "SONGAR" avtomat, pulemyot və ya 40 mm-lik qumbara atanla- "Akdas AK40-GL” (Türkiyə istehsalı) silahlana bilir. Türk dronları kiçik bomba atma qabiliyyətinə də malikdir.

Qeyd edək ki, "SONGAR” bu ilin əvvəlində ictimaiyyətə təqdim edilib. Türk hərbi dronunu uçan snayper də hesab edirlər. "Asisguard” elektronika firması tərəfindən istehsal edilən "SONGAR”lar ilk günlərdən Türkiyə xüsusi təyinatlılarının silahlanmasına daxil edilib.

Yeni təkmilləşmədən sonra "SONGAR”ın sursatları imkan verəcək ki, o daha iri hədəfləri, o cümlədən yüngül zirehli transportyorları hədəf alsın. Türk dronları hədəfə daha uzaqdan zərbə endirə bilir. Bu da onun aşkarlanması, səsinin eşidilməsi, müşahidəsi və vurulmasını da çətinləşdirir.

OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...