İran hökuməti rəsmi olaraq tanışlıq saytını istifadəyə verib

İran hökuməti rəsmi olaraq tanışlıq saytını istifadəyə verib
İranlı səlahiyyətlilər gənclər arasında davamlı və şüurlu evliliyi asanlaşdırmaq məqsədilə hazırlanan islami tanışlıq tətbiqini rəsmi olaraq istifadəyə verib.

Sfera.az xəbər verir ki, İran dövlət televiziyası "Hamdam” (dostluq) adı verilən tətbiqin istifadəçilərə daha asan şəkildə həyat yoldaşı tapmaq imkanı təmin edəcəyini açıqlayıb.

İranın kiber cinayətlər üzrə polis rəisi, polkovnik Əli Məhəmməd Rəcəbi yeni tətbiqin hökumət tərəfindən təsdiqlənmiş yeganə tanışlıq platforması olduğunu bildirib.

O, tanışlıq məqsədi daşıyan digər xarici tətbiqlərin qanunsuz olduğunu diqqətə çatdırıb.

İran İslam Təbliğat Təşkilatı tərəfindən hazırlanan həyat yoldaşı tapmaq platforması süni intellektdən istifadə edərək yalnız davamlı və şüurlu evlilik düşünən subaylara təklif ediləcək.

Tətbiq istifadəçilərindən şəxsiyyətlərini təsdiqləməyi tələb etdikdən sonra ilk olaraq onları bir sıra psixoloji testdən keçirəcək, daha sonra uyğun olduqları həyat yoldaşı namizədlərinin məlumatlarını və fotolarını onlara göstərəcək.

Namizədlər bir-birilərini bəyənərsə, tətbiq vasitəçi təyin edərək onların ailələri ilə təmasa keçəcək.

Qeyd edək ki, İranın ali dini lideri Seyid Əli Xamenei başda olmaqla, digər yüksək vəzifəli səlahiyyətlilər ölkədə evlilik yaşının artması və doğum rəqəmlərinin aşağı düşməsi ilə bağlı mütəmadi olaraq xəbərdarlıq edirlər.

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...