Azərbaycanlılar dincəlmək üçün hansı ölkələri seçir? – “Adətən 5 ulduzlu otellərə üstünlük verilir”

11:41 / 13.07.2021
579
Yay fəsli ilə əlaqədar insanlar istirahət üçün
müxtəlif ölkələrə üz tutur. Azərbaycandan da mövsümü xaricdə keçirənlər az
deyil.
Maraqlıdır, hazırda azərbaycanlılar istirahət
üçün hansı ölkələrə üz tuturlar və hansı otellərdə qalmağa üstünlük verirlər?
Sfera.az bununla bağlı turizm şirkətləri
arasında sorğu keçirib.
"Selfie Travel”dan saytımıza verilən məlumata
görə, hazırda azərbaycanlıların daha çox üz tutduğu ölkə Türkiyədir: "Bu
istiqamət açıq və aktualdır. Antalya, Bodrum, Quşadası, Fəthiyə kimi şəhərləri
seçənlərin sayı çoxluq təşkil edir. Bunlar arasında isə əsasən Antalya ilk
seçim olur. Həmin şəhərdə "Granada Luxury Belek” otelini bəyənirlər, Bodrum
istiqamətində qiymət baxımından "Duja Bodrum”u tərcih edirlər. Ümumiyyətlə isə
otellər çoxdur, təbii ki, fərqli qiymət və zövqlərə uyğun olaraq. Azərbaycanlıların
99 faizi 5 ulduzlu otellərə üstünlük verirlər”.
"Avantage Tourism” şirkətindən satımıza
bildirilib ki, azərbaycanlıların hələ ki tək seçimi Antalya şəhəridir: "O cümlədən
Bodruma getmək istəyənlər də kifayət qədərdir. Otel olaraq isə seçimlər müxtəlifdir,
lakin əsasən bunlar 5 ulduzlu olur. Başqa ölkələrə üz tutanlar isə yoxdur”.
"Tac Tourism” şirkətinin nümayəndəsi isə deyib
ki, hazırda quru sərhədlər bağlı olduğuna görə, vətəndaşlarımız Gürcüstana gedə
bilmir: "Amma normal vaxtlarda bu ölkəyə gedənlər daha çox olurdu. Hazırda isə
Türkiyənin Antalya şəhərində 4 ulduzlu otelləri seçənlər var. Təbii ki, fərqli
istiqamətlərə uçuşlar da mövcuddur – Dubay, Misir və.s. Lakin bununla bağlı saylar da azlıq təşkil
edir. Otellərin sayı isə çox olduğuna görə, konkret hansısa ad çəkmək mümkün
deyil”.
"Delta Group Travel Agency”dən verilən məlumata
görə, hazırda Türkiyə və Misir turları daha aktivdir: "Orta təbəqə daha çox
Türkiyəyə üstünlük verir. Otellərə gəldikdə isə, Antalyada "Orange Line”,
Misirdə "Rexus” adlı otel daha məşhurdur”.
Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov da saytımıza
açıqlamasında hazırda seçimlər arasında Türkiyənin populyar olduğunu deyib:
Günay Rəsulqızı