Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏKLƏR - VİDEO

Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏKLƏR - VİDEO
Bu gün açıq havada maska taxmaq qadağası olmasa da, qapalı məkanlarda bu məcburiyyət hələ də var. Məhz bu səbəbdən polis orqanları tərəfindən mütəmadi olaraq qapalı məkanlarda tibbi maskadan düzgün istifadə ilə bağlı nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq bu gün Bakı Metropoliteninin "28 may" stansiyasında reyd keçirilib və maskadan düzgün istifadə etməyən vətəndaşlara xəbərdarlıq edilib.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçiriblər. Polis əməkdaşları metronun "28 May" stansiyasında maskadan düzgün istifadə etməyən şəxlərlə profilaktik söhbət aparıblar. Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi izah olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Qeyd edək ki, tibbi maskadan istifadə etməməyə görə nəzərdə tutulan cərimənin miqdarı qaydaları pozanın fiziki, vəzifəli və hüquqi şəxs olmasından asılı olaraq, 100-800 manat arasında dəyişir.
 


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...