Tbilisi meri Bakıya səfər edəcək

10:57 / 13.07.2021
519
Tbilisi meri Kaxa Kaladze 13-14 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək.
Bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verilir.
Məlumatlara görə, səfər zamanı Tbilisi ilə Bakı arasında qardaşlaşma haqqında bir memorandum imzalanacaq. Müxtəlif rəsmilərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər zamanı bələdiyyə sədrinin müavini İlya Eloşvili də nümayəndə heyətinin tərkibində iştirak edəcək.
(trend)