"Formula 1" Avropa Qran Prisinin qalibi bilindi
18:48 / 19.06.2016
4162
"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Trend-in məlumatına görə, ikinci yeri Sebastayn Fettel ("Ferrari"), üçüncü yeri isə Serxio Peres("Force India") tutub.
"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.
"Tora Rossa" komandasının hər iki - Daniil Kvyat 6-cı, Karlos Sayns isə 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin "Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.