Ermənistan silahlı qüvvələri Gədəbəyi atəşə tutdu - RƏSMİ

Ermənistan silahlı qüvvələri Gədəbəyi atəşə tutdu - RƏSMİ
İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.


OXŞAR XƏBƏRLƏR