“Mikroavtobus və taksi sürücülərinin bir çoxu “patı” istifadəçiləridir” – Aslan İsmayılov

“Mikroavtobus və taksi sürücülərinin bir çoxu “patı” istifadəçiləridir” – Aslan İsmayılov
"Yollarda mikroavtobus və taksi sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin bir neçə səbəbi var. Bunların arasında kimlərə gəldi, sürücülük vəsiqələrinin verilməsi, acgöz işbazların pul qazanmaq naminə bəzən heç sürücülük vəsiqələri olmayanlara da nəqliyyat vasitələrini icarəyə vermələridir”.

Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov  Bakı - Qazax yolundakı qəzadan danışarkən deyib. Onun sözlərinə görə, səbəblər sırasında son vaxtlar tüğyan edən narkotik vasitələrin geniş yayılması amili də var:

"Məndə olan məlumata görə, mikroavtobus və taksi sürücülərinin bir çoxu məhz "şüşə”, "patı” kimi tanınan narkotik vasitələrin istifadəçisi və satıcılarıdır. Bu sahədə Lənkəran və digər cənub bölgəsindən Bakıya istiqamətlənən marşrutlarda işləyən sürücülərin adları daha çox hallanır. Ona görə də məhz bu katqeqoriya insanlar xüsusi yoxlamalara məruz qalmalıdırlar. İstənilən analizlə həmin şəxslərin narkotik vasitə istifadəçisi olduqlarını yoxlamaq çox asandır”.

Xatırladaq ki, bu gün Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşını toqquşub. Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...