İtaliya – İspaniya matçını məşhur referi idarə edəcək

İtaliya – İspaniya matçını məşhur referi idarə edəcək
AÇ-2020-nin yarımfinal mərhələsində İtaliya – İspaniya matçının hakimləri açıqlanıb.

Sfera.az xəbər verir ki, matçı almaniyalı referi Feliks Brix idarə edəcək. Yan xətt hakimləri Mark Borş və Ştefan Lupp olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək.
 
İyulun 6-da Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR