Bakı-Naxçıvan aviareysləri bərpa olundu
Gündəm
10:52 / 17.06.2016
1774
"Ötən gün Naxçıvan Muxtar Respublikasında hava şəraitinin pis olması səbəbindən təxirə salınan reyslər bərpa olunub".
Sfera.az bildirir ki, bunu azvision.az-a Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
O qeyd edib ki, Naxçıvanda hava şəraiti uzun müddət yaxşı olmadığı üçün bütün təyyarə reysləri təxirə salınmışdı: "Bir təyyarə geri qayıtdıqdan sonra digər təyyarələr havaya qalxmadı. Lakin gecə saat 1-dən başlayaraq sərnişinlər Naxçıvana yola salınıblar".
Qeyd edək ki, dünən Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi məcburən paytaxta geri qayıdıb. Təyyarənin geri qayıtmasına səbəb hava şəraitinin pis olması göstərilb.