AVRO-2020: Çexiya millisi Bakıya yeni iddia ilə gəlir

İdman
10:33 / 28.06.2021
1586
Çexiya yığması futbol üzrə Avropa çempionatının 1/4 final matçında da qalib gəlməyə qadirdir.
Sfera.az-ın məlumatına görə, bu barədə komandanın kapitanı Tomaş Souçek Niderlandı 2:0 hesabı ilə yendikləri 1/8 final oyunundan sonra açıqlama verib.
"Biz əla çıxış etdiyimizi çoxdan bildirir, irəli gedə biləcəyimizə inanırdıq. Bunu sübuta yetirərək, böyük nailiyyətə imza atdıq. İnanıram ki, bu, hələ son deyil" deyə 26 yaşlı yarımmüdafiəçi vurğulayıb.
Qeyd edək ki, Çexiya millisi 1/4 finalda Danimarka ilə üz-üzə gələcək. İyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.