Danimarka yığması Bakıya gələcək - YENİLƏNDİ

İdman
21:55 / 26.06.2021
1915
Bu gün AÇ-2020-nin 1/8 final mərhələsinə start veriləcək. "Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə Uels və Danimarka milli komandaları üz-üzə gələcəklər. Günün digər matçında İtaliya yığması Avstriyanın müqavimətini qırmağa çalışacaq.
AÇ-2020
1/8 final
26 iyun
20:00. Uels – Danimarka
Baş hakim: Daniel Zibert (Almaniya).
Amsterdam. "Yohan Kroyff Arena”
23:00. İtaliya – Avstriya
Baş hakim: Entoni Teylor (İngiltərə).
London. "Uembli” stadionu.
Qeyd edək ki, Uels - Danimarka cütünün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 finalda meydana çıxacaq.
***
Uels - Danimarka matçı başladı.
***
Dolberq 27-ci dəqiqədə hesabı açdı.
***
Matçda fasilə oldu.
***
İkinci hissə başladı.
***
48-ci dəqiqədə Danimarka hesabı 2:0 edir. Dolberq dublla yadda qalır
***
Maehle 88-ci dəqiqədə hesabı 3:0 edir.
***
Oyunun 91-ci dəqiqəsində Uilson qırmızı vərəqə aldı.
***
Matç bitdi.
***
Danimarka milli komandası iyulun 3-də Bakı Olimpiya Stadionunda baş tutacaq 1/4 final matçında Niderland - Çexiya görüşünün qalibi ilə üz-üzə gələcək.