Orta Asiyanın qızıl dövrünü işıqlandıran məşhur kitab türk dilinə tərcümə edildi - Əziz Sancarın tövsiyəsi ilə...

Orta Asiyanın qızıl dövrünü işıqlandıran məşhur kitab türk dilinə tərcümə edildi - Əziz Sancarın tövsiyəsi ilə...
Əsrlər boyu dünya sivilizasiyasının mərkəzində olan Orta Asiya ilə bağlı ən mühüm kitablardan biri türk dilinə tərcümə edilib.
 
Sfera.az bildirir ki, kitabı tarix sahəsindəki bilgiləri mübahisəsiz olan Frederik Starr qələmə alıb.

"İtkin maarifçilik" adlı kitabın uzun illər mənbə olaraq istifadə ediləcəyi sirr deyil. Adıçəkilən kitab hindlilərin kəşf etdiyi 0 (sıfır) anlayışını öz dövrünün dünyasına tanıdan, adı qərb dillərinə tərcümədə hazırda istifadə etdiyimiz "alqoritm” termininə çevrilən, yazdığı "Cəbr” kitabı ilə Avropaya "Algebra” terminini qazandıran Xarəzmi (780-850) ilə başlayır. 

Aristoteldən sonra "İkinci Müəllim” adı ilə yad edilən, hər sahə üzrə bilgilərin təməlini qoyan Fərabi (870-950) dövrü işıqlandırılır. Qələmə aldığı tibb kitabı 500 il ərzində İslam ölkələri, Avropa və Hindistanda baş tacı edilən, ağıl və din sahələrini ayıran İbn Sina barədə məlumatlara yer verilir. 

Hər elm sahəsinin ustadı, yerin çevrəsini çox dəqiq hesablayan, Günəşin Yer ətrafında və ya Yerin Günəş ətrafında fırlanmasından asılı olmayaraq hazırladığı Günəş təqviminin hər zaman doğru olduğunu bildirən, səma cisimlərinin orbitlərinin dairəvi deyil, ellipsvari olduğunu sübut edən, Avropa, Asiya və Afrikanın Yer kürəsinin yalnız 40%-ni əhatə etdiyini, digər 60%-lik hissədəki dənizlərdə üzərində insan yaşaya bilən bir qitənin ola biləcəyini yazan Əl-Biruni (973-1048) dövrünə səyahət edilir. 

Təkcə rubailəri ilə deyil, üçüncü dərəcəli tənliklərin həlləri ilə də Ömər Xəyyam (1048-1131) kimi dahilərin olduğu; zehnini və riyaziyyatı gündəlik işlərlə məhdudlaşdıran, "Filosofların uyğunsuzluğu” kitabı İslam aləmində əllərdən düşməyən Qəzali (1058-1111) ilə birlikdə sönməyə üz tutan; Əmir Teymurun nəvəsi Uluqbəyin dövründə yenidən parlayan, qısa müddət ərzində yaşadığı İstanbul şəhərində da rəsədxana inşa etmək vəzifəsini öz üzərinə götürmüş Əli Quşi (1402-1474) ilə son parıltılarını saçan 500 illik qızıl dövr kitabda əhatə edilir. 

Kitabın adını ilk təklif edən isə Nobel mükafatçısı Əziz Sancar olub. 

Kitabın son fəslində bu dövrün niyə çökdüyündən bəhs olunur, lakin son cümlədə prof. Ümid Şenesenin tərcüməsi ilə belə deyilir:

"Bu nəhəng mədəniyyət və düşüncə dünyasının çöküşünə diqqət yetirməkdənsə, necə yüksəldiyini və bu qədər uzun müddət necə yaşadığını soruşmaq daha məntiqli olmazdımı?”

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...