“AZAL üstün mövqeyinin əldən çıxmasına müqavimət göstərir” – Naxçıvan hava limanı qurumdan niyə alındı?

“AZAL üstün mövqeyinin əldən çıxmasına müqavimət göstərir” – Naxçıvan hava limanı qurumdan niyə alındı?
"Bu addım AZAL-ın səlahiyyət və idarəetmə istiqamətlərinin bölüşdürülməsinə hesablanıb”.

Bu sözləri Sfera.az-a açıqlamasında baş nazir Əli Əsədovun Naxçıvan Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyindən çıxarılaraq, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi qərarını şərh edərkən, iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Görünən odur ki, AZAL-la bağlı müəyyən qərarlar verilsə də, onların icrası, həyata keçirilməsi mexanizmləri daha qəliz qaydalara əsaslanır. Naxçıvan Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyindən çıxarılıb, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi AZAL-ın səlahiyyətləri və idarəetmə istiqamətlərinin bölüşdürülməsinə hesablanıb”.
 
Ekspert bildirib ki, Naxçıvan limanı bununla lokos limana çevrilsə, ucuz uçuşlar təşkil edə bilsə, reys sayı artırılsa, bu addımın bir məntiqi olacaq: "Amma həmin addım sırf AZAL rəhbərliyinin səlahiyyət və fəaliyyət istiqamətlərinin daraldılması üçün atılıbsa, onun iqtisadiyyata ciddi təsirinin olacağını düşünmürəm. Lakin potensial var. Naxçıvan hava limanını ən azından regional hava limanına çevirmək mümkündür. Bu baş verəcəksə, Naxçıvanın iqtisadiyyatı, turizm potensialı üçün ciddi təsirləri də olacaq”.
 
N. Cəfərli düşünür ki əslində yerüstü xidmətlərin AZAL-ın əlindən alınıb, özəl şirkətlərə dövr edilməsi daha doğru addım olardı: "Bu rəqabət qabiliyyətini artırar, xidmətin keyfiyyətini yüksəldər. Görünən odur ki, hələlik nə Nazirlər Kabineti, nə də İnvestisiya Holdinqi buna hazır deyil. Digər tərəfdən, gəlirli sahə olduğundan AZAL bu üstün mövqeyinin əldən çıxmasına müqavimət göstərir”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...