Vaksinasiya növbəsi uşaqlara çatdı? – “İlkin mərhələdə 15 yaşdan 18 yaşadək...”

Vaksinasiya növbəsi uşaqlara çatdı? – “İlkin mərhələdə 15 yaşdan 18 yaşadək...”
Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib. Bildirilib ki, uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır.

Maraqlıdır, Azərbaycanda uşaqların vaksinasiyasına start verilə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov tədricən bu prosesin Azərbaycanda da başlayacağını bildirib:

"Təbii olaraq, ilk növbədə 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi aparılmalıdır. Bu proses tamamlandıqdan sonra uşaqlara da koronavirus əleyhinə peyvənd vurdurmaq olar. ABŞ-da da artıq uşaqların peyvəndlənməsinə start verilib. Yəqin ki, Azərbaycanda da 18 yaşdan yuxarı hər kəs vaksinasiya mərhələsindən keçdikdən sonra növbə uşaqlara çatacaq".
 
Ekspert hesab edir ki, ilkin mərhələdə 15 yaşdan 18 yaşadək uşaqlar peyvənd olunacaq, daha sonra azyaşlılar: "Peyvəndin məqsədi odur ki, bədəndə immunitet formalaşsın. Düzdür, uşaqlarda immunitet var, lakin onlar yoluxdurucu hesab edilirlər. Bu baxımdan uşaqların da peyvənd olunması daha yaxşıdır. Bəzi peyvəndlərdə xəstəliyə yoluxmamam imkanı 80 faizə qədərdir. Belə peyvəndlərin uşaqlara tətbiqi yoluxma sayını azalda bilər".
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...