"Yeni karantin qadağaları ilə üzləşməli olacağıq" - Aslan İsmayılov

"Son günlər qonşu Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri keçdi, Rusiyada vəziyyət ordan da bərbaddı. Hər iki ölkədə hind ştammı sürətlə yayılır. Nəzərə alsaq ki, hər iki ölkə ilə sərhədlərimizin açılması gözlənilir vəziyyətin bizdə də pisləşəcəyi qaçılmazdır”.
 
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O bildirib ki, iyulun 1-dən toylara və digər kütləvi tədbirlərə icazə verildiyi də nəzərə alınsa, artıq hamı narahat olmalıdır:

"İsrail dünyada ilk dəfə koronavirusa tam qalib gəldiyini elan etsə də, son günlər yoluxanların sayı kəskin artmağa başladı və hakimiyyət yeni qadağalar tətbiq edəcəyi anonsunu verdi. Əsla insanları qorxutmaq, panika yaymaq fikrim yoxdur. Ancaq hamı anlamalıdır ki, bu virus qısa zamanda bitən deyil və biz bununla hələ bir müddət yaşamağa öyrənməliyik. Bunun üçün isə dedi-qodulara yox, elmi əsaslanmaları, dünyada baş verənləri öyrənməli və maariflənməliyik. Əks təqdirdə, yeni kütləvi yoluxmaya və bunun nəticəsi olaraq xəstəxanalarda yer çatışmazlığı və yeni-yeni karantin qadağaları ilə üzləşməli olacağıq”.

A.İsmayılov qeyd edib ki, bəziləri bilərəkdən, yaxud bilməyərəkdən peyvəndlənmənin lazım olmadığını tirajlayır:

"Bu gün hər məlumatın qısa zamanda əldə edilməsi imkanı olmasına baxmayaraq, bəziləri bu gün də cahil, qaraguruh insanların fikrinə güvənir və peyvəndlənmənin hansısa qrupun oyunu olduğuna inanır. Bütün dünyanın varlı, tanınmış, vəzifəli insanlarının peyvəndləndiyi, Almaniyadan bəzilərinin ucuz başa gəldiyinə görə təyyarə ilə Rusiyaya uçub peyvənd qəbul edib geri döndüyü bir zamanda, bizimkilərin bəziləri peyvəndin insan həyatı üçün təhlükəli olduğu, sonsuzluq yaratdığı və ağlasığmayan digər bəhanələrlə peyvəndlənməkdən imtina edirlər. Sanki milyarder Bill Qeytsin bizim Fatma xalanın, yaxud da Mamedin çiplənməsinə ehtiyacı var. Nəhayət ki, hamı anlamalı və ətrafına təbliğ etməlidir ki, bütün dünya bu bəladan qurtulmaq üçün peyvəndlənməkdən başqa yolun olmadığını qəbul edir və artıq İ̇sraildə 16-yaşından yuxarı olanlara da peyvənd olunmaq təklif edilir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...