Rusiya hərbçiləri Azərbaycan-Ermənistan sərhədində - Nə baş verir?

16:33 / 23.06.2021
2091
"Erməni mənbələr Azərbaycan-Ermənistan sərhədinin
Geğarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi haqda məlumatlar
yayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş qərargah
rəisi Artak Davtyan bu yöndəki informasiyaları təsdiqləyib. Məlumatda diqqət çəkən
məqam Rusiya hərbçilərinin sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən olan
hissəsində və Sotk-Xoznavar istiqamətində yerləşəcəyidir”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı
deyib. O bildirib ki, qeyd olunanlar proseslərin iki mümkün istiqamətdə inkişaf
etdiyi ehtimalını önə çıxarır: "Birincisi, Azərbaycan hərbçiləri sərhəddə mövcud
olduqları mövqelərdən geri çəkilmir və sərhədlərin müəyyənləşməsi SSRİ xəritələrinə
uyğun həyata keçirilir. İkincisi, sərhədlərin müəyyənləşməsi ilə bağlı mövcud
olan "beynəlxalq müşahidəçi” təklifi arxa plana keçib. İkinci məqam həm də
Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilənin aktuallığından xəbər
verir.
Nikol Paşinyan sərhədlərin müəyyən edilməsi üçün
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə "beynəlxalq müşahidəçilərin”
yerləşdirilməsini təklif etmişdi: Bu, Azərbaycan və Ermənistan dövlət sərhədinin
bütün istiqamətini yox, Kəlbəcər istiqamətində - Sotkdan (Söyüdlü) Qafanın
Xoznavar (Xəzinəvar) kəndinə qədər olan ərazini nəzərdə tuturdu”.
A.Nərimanlı qeyd edb ki, Minsk qrupu həmsədr ölkələrinin "beynəlxalq
müşahidəçi” adı altında bölgəyə gəlməsinin gündəmdən çıxması bir neçə
kontekstdə əhəmiyyətlidir:
Günay