Yay gəldi, "şortik" qalmaqallarına start verildi - Qanun nə deyir?

Yay gəldi,
Bakı şəhər sakini Azər Kərimov bir müddət əvvəl notariat kontoruna buraxılmayıb. Buna vətəndaşın "şortik” geyməsi səbəb olub.
 
Maraqlıdır, Azərbaycan qanunvericiliyində geyimlərlə bağlı hər hansı qadağa nəzərdə tutulubmu?
 
Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlama verib. Müsahibimiz öncə dünya təcrübəsindən söz açıb:

"Müxtəlif xəbər saytları  və informasiya agentliklərinin verdiyi məlumata görə, Cənubi Koreyada "Ədəbsiz geyimlər haqqında" qanun qəbul olunub. Bu qanuna əsasən, qısa ətək və digər açıq-saçıq geyimə görə Koreya polisi qadınları 45 dollar məbləğində cərimə edə bilər. Fransada Luvr muzeyinə çimərlik geyimində və ya sinəsi və ayaqları açıq olan insanları buraxmaq qadağandır. Dünya praktikasında həm dövlət orqanlarında, həm kommersiya qurumlarında "dress kod” deyilən geyim qaydaları müəyyən olunur. Türkiyədə isə bu barədə xüsusi qanun var.  Ancaq Azərbaycanda qanunvericilik bu məsələni tənzimləmir və bu barədə hər hansı qanun qəbul edilməyib”.

T.Abdullazadə qeyd edib ki,  buna baxmayaraq, hər bir şirkət və ya dövlət orqanı sərbəst iradə ifadəsi əsasında öz işçiləri üçün müəyyən geyim qaydaları müəyyənləşdirə və "dress kod" qaydalarını yalnız öz işçilərinə münasibətdə tətbiq edə bilər:

"Beləliklə, əgər bu məsələ qanunla tənzimlənmirsə, notariat kontorunun hamılıqla qəbul olunan formada qısa şort geyindiyinə görə öz işçisi olmayan vətəndaşı kontora buraxmamaq hüququ yoxdur. Hesab edirəm ki, bu azadlığın məhdudlaşdırılması və insan hüquqlarının kobud pozuntusudur. Fikrimcə, qanunvericilikdə nəzərdə tutulmayıbsa, cəmiyyətin və ya hər hansı dövlət orqanlarının başqalarına nə geyinməli olduqlarını diktə etmək hüququ yoxdur. Ancaq bütün bunların fonunda nəzərə alınmalıdır ki, vətəndaşlar da öz növbəsində cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdən çəkinməli və digər şəxslərdə ikrah hissi oyatmamalıdırlar”.

Qeyd edək ki, vətəndaşın "şortik” geydiyi üçün notariat kontoruna buraxılmaması ilə bağlı xəbəri "Qafqazinfo" saytı yayıb. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...