Koronavirusun ən təhlükəli variantına bu vaksin təsir edəcək

Koronavirusun ən təhlükəli variantına bu vaksin təsir edəcək
Koronavirusun Delta variantı bütün ölkələrdə, xüsusən Böyük Britaniya, ABŞ və Rusiyada sürətlə yayılmaqda davam edir və COVID-19 yoluxmaları üzrə ən çox yayılmış variant olmağa doğru gedir. Bu isə Delta variantına da peyvəndlərin təsir edib-etməyəcəyi sualını ortaya çıxarıb. 

"BionTech” şirkətinin Baş icraçı direktoru Uğur Şahin şirkətin illik ümumi yığıncağındakı çıxışı zamanı COVID-19-un Delta variantından da danışıb. 

Sfera.az xəbər verir ki, Uğur Şahin "BioNTech” peyvəndinin Delta variantına qarşı təsirli olduğunu bildirərək hazırda peyvəndin yeni növə uyğunlaşdırılmasına ehtiyac görmədiklərini söyləyib. 

Koronavirusun yeni variantları haqqında əldə etdikləri məlumatların gündən-günə artdığını söyləyən Uğur Şahin peyvəndlənmiş insanların virusa qarşı immunitetinin zaman keçdikcə azaldığını və bu müddətlə birlikdə yeni variantların ortaya çıxdığını qeyd edib.

"Pfizer” ilə birgə 2021-ci il üçün 3 milyard doza peyvənd istehsal etməyi planlaşdırdıqlarını qeyd edən Uğur Şahin bu rəqəmin 2022-ci ildə daha da artacağını deyib. O, "BioNTech” şirkətinin sözügedən peyvəndlərin azı 50%-ni istehsal edəcəyini diqqətə çatdırıb. 

Türkiyəli elm adamı insanlarda virusa qarşı immunitetin artması üçün 3-cü doza peyvəndin qəbulunu mühüm hesab etdiyini vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş mütəxəssisi Soumya Svaminatan bir neçə gün əvvəl verdiyi açıqlamada COVID-19-un ilk dəfə Hindistanda təsbit edilən Delta variantının dünyada dominant növə çevrilə biləcəyini bildirib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...