Peyvənd olunmayanlar bu məkanlara buraxılmayacaq – Daha hansı cəzalar gözlənilir?

Peyvənd olunmayanlar bu məkanlara buraxılmayacaq – Daha hansı cəzalar gözlənilir?
"Peyvənd vurmayanlara qarşı cəzalar yolverilməzdir. Sadəcə, həmin şəxslərə münasibətdə müəyyən məhdudiyyətlər qoyulmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında bir sıra ölkələrdə vaksindən istifadə etməyən şəxslərə qarşı həbs etmək, işdən çıxarmaq kimi cəza tədbirlərinin görüləcəyi fonunda Azərbaycanda da anoloji addımların tətbiqi məsələsinə toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
 
"Hər hansı cəza tədbirlərinin görülməsindən söhbət gedə bilməz. Çünki proses könüllüdür. Proses icbari xarakter daşıyarsa və bu zaman vətəndaş ondan yayınarsa, bu halda qayda pozulması kimi cəza tətbiqi gündəmə gələ bilər. Sadəcə olaraq, sosial diskriminasiya məsələsi var. Yəni, peyvənd vurmayan şəxslərə münasibətdə müəyyən məhdudlaşdırıcı tədbir və qaydalar görülə bilər. Yəqin ki, belələri müəyyən yerlərə buraxılmayacaq. Məsələn, peyvənd vurdurmayanların kütləviliyin olduğu qapalı yerlərə, idman zalları, toylara, yas mərasimlərinə girişi qadağan oluna bilər. Bunun özü də cəza tədbiridir”.
 
Həkim situasiyanın daha da sadələşdirilməsini təklif edir: "Peyvənd vurulması hələ məsələnin həlli demək deyil. Peyvənddən başqa xəstəliyi keçirənlər var. Ən yaxşı variant antikor testidir. Bu testin normal olması əsas göstərici hesab olunmalıdır. Təəssüf ki, hazırda xeyli sayda şəxs peyvənd olunsa da, onların orqanizmində heç bir immunitet formalaşmayıb. Belə olan halda peyvənd pasportunun heç bir önəmi olmayacaq. Ona görə hesab edirəm ki, mövcud vəziyyətdə bəzi məsələlər dəqiqləşdirilməlidir”.
 
Adil Qeybulla düşünür ki, əslində xaricə gedəndə Covid testi vermək kifayətdir: "Bununla məsələ bitir. Azərbaycanda vətəndaşların vurdurduğu Sputnik-v, və Çin istehsalı olan vaksin Dünya Səhiyyə Təşkilatı tərəfindən hələ ki, qəbul olunmayıb. Ona görə də pasportun xaricdə işləyib-işləməyəcəyini bilmirik”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...