“Qərarın işləyəcəyinə şübhə edirəm, nazirlik yanlış etdi…” - Eyyub Hüseynov plastik qabların qadağası haqda

“Qərarın işləyəcəyinə şübhə edirəm, nazirlik yanlış etdi…” - Eyyub Hüseynov plastik qabların qadağası haqda
Xəbər verdiyimiz kimi, 1 iyul tarixindən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, satışı qadağan ediləcək.

Bu barədə Ekologiya Nazirliyi məlumat verib.

Maraqlıdır, doğurdan da plastik qablara qoyulan qadağa tam mənası ilə qüvvəyə minəcəkmi? Qərarın bu şəkildə verilməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sözügedən qərarda boşluqların olduğunu bildirib.
 
Qida eksperti yeni qaydaya əməl etməyin bir qədər çətin olduğunu deyib: "Bundan əvvəl də müxtəlif qadağalar qüvvəyə minib. Məsələn, tütün və tütün məhsullarının istifadəsinin azaldılması və digər məsələlər barədə müxtəlif strategiya və qanunlar qəbul olunub. Lakin təəssüf ki, bu qanunlar ayaq altında qalır. Birincisi alternativ təklif, alternativ qablaşdırma materialı yoxdur. İkinci məsələ isə qəbul olunmuş qanunların yerinə yetirilməməsidir.
 
Bu qərar da əhəmiyyətli qərardır. Buna əhali və biznes qurumları da dəstək verməlidir. Hökumət və biznes qurumları öz növbələrində alternativlər formalaşdırmalıdır”.
 
Ekspert plastik qablardan istifadə qadağasının başqa problemə səbəb olacağını da qeyd edib: "Plastik material həm də qida mallarının qablaşdırıldığı materiallardandır. Qida mallarının 80%-ə qədəri plastik qablarda qablaşdırılır. O zaman belə çıxır ki, müəssisələr öz fəaliyyətlərini saxlamalıdırlar. Dövlət orqanlarının sinxron fəaliyyəti təəssüf ki, çox zəifdir. Yəni, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qərarı verəkən İqtisadiyyat Nazirliyi və biznes qurumları ilə məsləhətləşmələr aparmalı idi.

Bu o məqsədlə aparılmalı idi ki, dövlətin qərarları ayaq altına düşməsin. Əhəmiyyətli qərar olduğunu düşünürəm, lakin bu qərarın yerinə yetiriləcəyinə əmin deyiləm. Yenə də biz Azad İstehlakçılar Birliyi olaraq insanları plastik qablaşdırmaları boykot etməyə çağırırıq”.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...

Bakı şəhər prokuroru: "Paytaxtda adam oğurluğu artıb"

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci ...