Rəqsanə onlarla "mırt tutdu": "Bazarda işləyən də..." /VİDEO
Maqazin
21:15 / 15.06.2016
1517
Müğənni Rəqsanə İsmayılova Azərbaycanlı müğənnilərin bir-birinin bəhsinə oxuduğu "Bağdat" mahnısı ilə bağlı qalmaqallı açıqlama verib.
Sfera.az BiG.AZ-a istinadən xəbər verir ki, "ATV maqazin onlarla" verilişində sözügedən mahnının həmkarları tərəfindən oxumasını məsxərəyə qoyub:
""Bağdat" mahnısını eşidəndə adam diksinir. Bazarda işləyən, maşın yuyan, pərdə ütüləyəndən tutmuş hamı "Bağdat" oxuyur. Bu "Bağdat" mahnısını ortaya çıxardan özü də peşiman olub. Deyir, bilsəydim mən heç bunu oxumazdım".
Xatırladaq ki, türkiyəli ifaçı Ayla Çelikin oxuduğu mahnı geniş tamaşaçı auditoriyasına ilk dəfə şoumen Beyazit Öztürkün proqramında təqdim olunub. A.Çelik verilişdə mahnını elə Bəyazın özü ilə duet şəklində səsləndirib.
"Bağdat" mahnısını azərbaycanlı müğənnilərdən Röya Ayxan, Zamiq, Günay İbrahimli, Xatun Əliyeva, Ayan Babakişiyeva və başqaları ifa edib.