Təhsil Tələbə Krediti Fondu hansı problemləri həll edəcək? – “Böyük ehtiyac vardı...”

Təhsil Tələbə Krediti Fondu hansı problemləri həll edəcək? – “Böyük ehtiyac vardı...”
"Ödənişli əsaslarla oxuyan 38 min tələbənin problemini həll etmək mümkün olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin  "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” imzaladığı fərmanı dəyərləndirərkən, təhsil eksperti Kamran Əsədov deyib. 
Ekspertin fikrincə, kreditin geri ödənilməsi üçün təhsili başa vurduqdan sonra tələbə mütləq şəkildə işlə təmin edilməlidir:

"2015-2020-ci illər arasında 7 minə  yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyindən ali təhsilini yarımçıq qoymağa məcbur olub.  Bu da kifayət qədər ciddi rəqəmdir. Ölkədə ali təhsilli insanların sayı yetərincə deyil. Həmçinin yerli əmək bazarında ixtisaslı kadrlara ehtiyac var.
 
Bunları nəzərə alanda təhsil haqlarını ödəyə bilməyənlərin problemlərinin həllində dəstəyə ehtiyac vardı. Azərbaycanda 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Onun da 110 mini ödənişli əsaslarla oxuyur. Tələbə kreditləri tək əyani təhsil alanlara deyil, qiyabi oxuyanlara da şamil ediləcək. Onlara fond tərəfindən faizsiz, yaxud da cüzi faizlərlə kredit verəcək”. 
 
Həmsöhbətimiz bildirdi ki, tələbə kreditinin problemli kreditə çevrilməsinə imkan vermək olmaz: "Bu gün onsuz da kifayət qədər gənc kredit içində batır. Tələbə aldığı bu krediti təhsil aldığı dövrdə ödəməkdən azaddır. Bundan başqa, təhsil başa vurulandan sonra hərbi xidmətlə bağlı olaraq daha iki ilə qədər vaxt veriləcək. Yalnız bu müddət bitəndən sonra kreditin geri ödənilməsinə başlanılacaq.  Digər tərəfdən, tələbə əlaçı, beynəlxalq yarış və müsabiqələrin qalibi olarsa, hansısa bir ixtira, kəşf edərsə, ona verilən kredit bağışlanılacaq. Yəni, verilən bu kredit növü sosial yönümlüdür”.
 
K. Əsədov tələbə kreditindən yararlanan tələbənin təhsili başa vurduqdan sonra işlə təmin edilməsini ən vacib məqamlardan biri hesab edir: "Bu məsələ mütləq mənada öz həllini tapmalıdır. Digər tərəfdən, tələbənin aldığı vəsaiti geri ödəmək imkanında olması üçün məbləğ üzrə faizlər böyük olmamalıdır. Məlumatıma görə, fond 7 nəfərdən ibarət İdarə Heyətindən ibarət olacaq. Ən vacib məqam fondun hesabatlı olmasıdır. Büdcəsi 80 milyon manat olacaq. Apardığım araşdırmaya görə, bu məbləğlə il ərzində 38 min insanın təhsil haqqını ödəmək olar.  Bu da imkan verəcək ki, ehtiyacı olanların hamısının problemini həll edə bilək”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...