Sürətli arıqladıqda bədəndə nələr baş verir? - ZƏRƏRLƏRİ

Sürətli arıqladıqda bədəndə nələr baş verir? - ZƏRƏRLƏRİ

Səhər-səhər kibrit qutusu ölçüsündə pendir, kilometrlərlə qaçış, günorta yağsız salat, saatlarla idman, axşam heç bir şey yemədən yenidən qaçış...

Sfera.az lent.az-a istinadən xəbər verir ki, bu cür proqram çox qısa zamanda sizi arıqlada bilər. Bəs sonra? Nəzərə alın ki, arıqlayan zaman ruh və bədən sağlamlığına diqqət etmək lazımdır.

Sağlam arıqlamağın sirri maddələr mübadiləsini sürətləndirən balanslı qidalanma və bunu dəstəkləyən idman proqramı olmalıdır. Əks təqdirdə bədən mənfi təsirlərə məruz qalır, hətta sağlamlıq əldən gedir.
Sürətli arıqladıqda bədəndə nələr baş verir? 
Şüursuzca edilən aşağı kalorili qeyri-sağlam arıqlama pəhrizi baş ağrısı, diqqət pozğunluğu, yorğunluq, ürək ritmində zəiflik, təzyiqin düşməsi, menstruasiya nizamsızlığı, qəbzlik, qansızlıq, dəridə quruluq, saç tökülməsi kimi bir çox problemlərə səbəb ola bilər.
Arıqlama və çəkiyə nəzarət ancaq balanslı qidalanma proqramı ilə aparılmalıdır. Qısa zamanda arıqladan qarışımlar sidikqovucu, laksatif (bağırsaq boşaldıcı) xüsusiyyətlərə malikdir.
Bunun nəticəsində çəki aşağı kalori göstərməsinə baxmayaraq, itirilən yağ deyil, su olur. Pəhriz saxlayan insan bədənindəki su ilə birlikdə mineralları da itirir. Misal üçün, itirilən natrium/kalium tarazlığın pozulmasına, ürək əzələlərinin mənfi təsirlənməsinə səbəb olur. Aşağı kalori qəbulunun nəticəsində bədən müqavimətdən düşür, əzələ itkisinə uğrayır, yüksək protein pəhriz ketoz kimi böyrək funksiyalarına zərər verir, ani şəkər və təzyiq düşməsi kimi problemlərin yaranması ölümlə nəticələnəcək riskə yol açır. İnsanların kor-koranə qulaqdan alınan məlumatları və ya dostlarının saxladıqları pəhrizi özlərinə tətbiq etmək nəticəsində dəfələrlə kilo alıb-vermək maddələr mübadiləsini zəiflədir. Bu isə atılan kiloların artıqlaması ilə geri qaytarılmasına səbəb olur.
Sürətli arıqlama fiziki baxımdan mənfi nəticələr yaradar. Üzdə çöküntü, bədəndə sallanma bunlara misaldır. Gənclərin arıqlamağı vərdiş halına gətirmələri isə qidalanma pozğunluğu yaradaraq, ciddi psixoloji (anoreksiya nevroza və ya bulumiya) problemlərə yol aça bilər. Bundan başqa, həddən çox kilolu insanların yetərincə karbohidrat, protein, yağ, vitamin və minerallardan məhrum olması, aşağı kalorili qidalanması, ağır məşqlər etməsi sağlamlıq baxımından ciddi risklər yaradır. Xüsusən ailəsində ürəklə bağlı problemləri olan insanların bu cür risklərdən uzaq olması məsləhətdir.
Tez və asan arıqlamağın bir yolu yoxdur. Ancaq hər fərdin özünə uyğun qidalanma proqramı və professional bir köməklə çəkinin qaydaya salınması mümkündür. Bunun üçün də xüsusən çəkinin artmasına səbəb olan səhhətlə bağlı problemi aradan qaldırmaq lazımdır. Bu məqamlar diqqətdə saxlanılmadan bəzi müvəqqəti uğurlar əldə edilsə belə, təsirli və qalıcı nəticələr əldə edilmir. Arıqlamaq müəyyən bir prosesdir, bu proses vaxt, əzm, iradə, səbr, nizam-intizam, dayanıqlılıq tələb edir. Artıq çəkisi olanlar xüsusən bunları nəzərə almalıdırlar.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...