Kristian Eriksen xəstəxanadan FOTO paylaşdı

Kristian Eriksen xəstəxanadan FOTO paylaşdı
Danimarka millisinin və "İnter"in futbolçusu Kristian Eriksen xəstəxanadan foto paylaşıb.

Sfera.az bildirir ki, futbolçu hazırda vəziyyətinin yaxşı olduğunu bildirib. "Dünyanın hər yerindən gələn mesajlarınıza görə təşəkkür edirəm. Mən və ailəm üçün bunun mənası böyükdür”, - deyə Eriksen qeyd edib.

O, Danimarkaya dəstək verəcəyini də xatırladıb və komanda yoldaşlarına uğurlar arzulayıb.

Qeyd edək ki, K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itmişdi. Bu səbəbdən oyun dayandırılmışdı.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR