Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə yenidən aktivləşib – "Valideynlər, abituriyentlər bilməlidir ki..."

14:03 / 10.06.2021
2421
"Pandemiya səbəbindən xaricdə təhsillə bağlı ləngimələr
var. Bir çox xarici
universitetlər bununla bağlı ciddi addımılar atmağa başlayıblar”.
Bunu
Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib
ki, ölkəmizdə təhsil xidmətləri göstərən mərkəzlərin fəaliyyətinə tətbiq edilən
məhdudiyyətlər onları iqtisadi baxımdan böyük itkilərə məruz qoyub:
"Məhz Dövlət
İmtahan Mərkəzinin keçridiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını
qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq
istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd
edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə,
radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb”.
"Sadəcə
olaraq, vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə, bu
hüquq pozuntsu deyil. Lakin valideynlər, abituriyentlər bilməlidir ki,
xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri
də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri
göndərməklə bu prosesi həyata keçirə bilərlər”.